alim qasimov

Alim Qasımov və Fərqanə Qasımovanın ifası “GTA 6” oyununda razılıq əsasında yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, oyunla bağlı açıqlama verən sənətkarların meneceri İlkin Robinin sözlərinə görə, bu haqda onlarla öncədən danışılıb və rəsmi qaydada əməkdaşlıq müqaviləsi imzalanıb.

“Təklif 2025-ci ilin iyun ayında olundu. Birgə müzakirədən sonra 2025-ci ilin avqust ayında müqavilə bağlandı. Biz şadıq ki, belə qlobal oyunda Azərbaycan mahnısı, xüsusi ilə iki sənətkar Alim Qasımov və Fərqanə Qasımovanın birgə dueti səslənir”, – o deyib.

Qeyd edək ki, “Say It Right” adlı mahnı Grand Theft Auto VI (GTA 6) — Rockstar Games tərəfindən hazırlanmış videooyunuda Kaleidoscope FM radiosunda play listə əlavə olunub.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: