Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, almaniyalı nazir görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Vadeful paylaşımında Paşinyanın rəhbərliyi altında Ermənistan və region üçün sülh imkanlarının yarandığını bildirib. O, İrəvanda Paşinyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməkdən məmnunluğunu ifadə edib.
“Sizinlə və xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda görüşmək mənim üçün şərəf idi. Ölkəniz və region üçün sülh imkanları sizin liderliyinizlə yaranıb, əziz Nikol Paşinyan. Sizi və ölkənizin cəsarətli xalqını təqdir edirəm. İki ölkə arasında dərin münasibətləri bundan sonra da inkişaf etdirməyə davam edəcəyik”, – deyə Vadeful qeyd edib.