kapak akpli yazicinin ogluna ait dijital bankaya faaliyet izni demek ki 1 milyar lirasi varmis 364816

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı investisiya fondu ilə bağlı araşdırma çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun fond bazarında aparılan əməliyyatlarla əlaqədar başlatdığı istintaq tədbirləri davam etdirilir. Mustafa Yazıcı da araşdırma çərçivəsində ifadəsinin alınması üçün İstanbul Ədliyyə Sarayına gəlib.

Qeyd edək ki, bundan əvvəl Mustafa Yazıcının sahibi olduğu “Adil Varlık Yönetim” şirkətinə qəyyum təyin edilib.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: