gunel qedimova 1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.

“Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm” , – deyə G.Qədimova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Xəzər Xəbər”in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.

Paylaş: