Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında deputatlar arasında çıxış etməklə bağlı anlaşılmazlıq yaşanıb.
Globalinfo.az xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsinin dayandırılmasını və növbəti oxunuş üçün qəbul edilməsini təklif edib.
“Növbəti iclasda müzakirəni davam etdirərik”, – Zahid Oruc bildirib.
Deputat Hikmət Babaoğlu isə bunun razılaşmayıb və söz istəyib.
“Adlarının həmişə birinci yazılmasına alışmış bəzi dostlar indi adlarını birinci görməyəndə narahat olur, stres keçirirlər. Bu, belə deyil. Zahid müəllim, sözüm sizədir”, – H.Babaoğlu söyləyib.
Safura Bənnayeva
Globalinfo.az