İsrailin Baş naziri Benyamin Netanyahunun sosial şəbəkə hesabına qarşı kiberhücumlar həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, Netanyahunun X sosial şəbəkə hesabında Bolqarıstanın baş naziri ilə müzakirəsinə dair paylaşımı onlayn oyun videosu ilə təqdim edilib.
Baş nazirin X hesabının kiberhücuma məruz qaldığı bildirilib.
Qeyd edək ki, daha əvvəl, ABŞ Prezidenti Donald Trampın da sosial şəbəkə hesablarına kiberhücumlar edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az