Bakıda 68 yaşlı kişi metroda ölüb.
Globalinfo.az bildirir ki, hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında baş verib.
Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olan zaman ürək çatışmazlığından ölüb.
Xətai Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.