a3ff4e80 f26c 482b b516 2546b2452d64

Rusiya Sambo Çempionatının bürünc medalçısı Vasilov Hacıyasuloviç Davudov Mahaçqalada toyda baş verən atışma nəticəsində həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Məlumata görə, toy qonaqları arasında mübahisə baş verib və nəticədə dava düşüb, daha sonra isə atışma olub. İştirakçılardan biri silah çıxararaq digər kişiyə atəş açıb.

İlkin məlumata görə, atəş açan şəxs travmatik silahdan istifadə edib. Davudov başından yaralanıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Davudov 2023-cü ildə Rusiya Sambo Çempionatında bürünc medal qazanıb. O, həmçinin 2022 və 2023-cü illərdə Rusiya Cüdo Kubokunda bürünc medal qazanıb.

Paylaş: