arif mirzeyev

Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev sabah torpağa tapşırılacaq.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Arif Mirzəyevlə vida mərasimi noyabrın 15-də saat 13:00-da Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib.

Paylaş: