Putin xerite 1342

Rusiya Almaniya və digər Avropa ölkələri ilə hərbi qarşıdurma niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Moskva Berlinlə münasibətlərin normallaşdırılmasında maraqlıdır və Almaniya xalqına qarşı heç bir düşmənçilik mövqeyi yoxdur.

“Biz qətiyyən Almaniya ilə müharibə istəmirik, Avropa ilə də müharibə aparmaq niyyətində deyilik”, – deyə Neçayev vurğulayıb.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu mövqeni ifadə edib.

Səfir həmçinin Rusiyanın 2029 və ya 2030-cu illərdə NATO üzvü olan ölkələrə hücum etmək planının olmadığını bildirib.

Neçayevin sözlərinə görə, Moskva Avropada ortaq təhlükəsizlik sisteminin yaradılmasında maraqlıdır və gələcəkdə münasibətlərin yaxşılaşacağına ümid edir.

O, Rusiyanın Avropanın bir hissəsi olduğunu vurğulayaraq, tərəfləri təhlükəsizlik arxitekturası üzərində birgə işləməyə çağırıb.

Tahir Turan

Globalimfo.az

Paylaş: