tehran 99 900x600 2

İran ABŞ-ın mümkün yeni hərbi hücumuna qarşı daha sərt cavab veriləcəyini bəyan edib.

Globalinfo.az xəbər veirr ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçı bildirib. Tehran Vaşinqtonun növbəti zərbəsinə əvvəlkindən on qat daha güclü qarşılıq verəcəyi ilə hədələyib.

Generalın sözlərinə görə, İran ordusu əvvəlki hərbi qarşıdurma ilə müqayisədə daha yaxşı hazırlanıb, hərbi imkanlarını və müdafiə potensialını əhəmiyyətli dərəcədə artırıb.

Şikarçı vurğulayıb ki, ABŞ yenidən İrana hücum edərsə, Tehranın əvvəlcədən müəyyənləşdirdiyi hədəflər siyahısına daxil edilmiş düşmənin hərbi və digər strateji obyektləri ən güclü zərbələrə məruz qalacaq.

O, İranın əvvəlki qarşıdurmalardan mühüm nəticələr çıxardığını və hərbi hazırlıq səviyyəsini yüksəltdiyini də qeyd edib.

Tahir Turan
Globslinfo.az

Paylaş: