bayraktar pua

Türkiyənin AKINCI və “Bayraktar TB2” pilotsuz uçuş aparatları fövqəladə vəziyyət ssenariləri çərçivəsində avtomobil yoluna eniş edib və yenidən havaya qalxıblar.

Globalinfo.Az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Manisa-Balıkesir avtomobil yolunda həyata keçirilən sınaq uğurla başa çatıb. Qarşıdakı dövrdə bu imkan bütün milli platformalara qazandırılacaq.

Selçuk Bayraktar layihənin həyata keçirilməsində əməyi olan bütün komanda üzvlərinə təşəkkür edib.

Paylaş: