Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Globalinfo.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında imzalanmış “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni ölçü qazandıracağını bildirib.
Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən beş saziş imzalanıb.