Azərbaycan milli komandasının Lixtenşteynlə keçirəcəyi oyundan əvvəl heyətində dəyişiklik edilib.
Globalinfo.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.