makron 2 1749729071

Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronu canlı yayımda təhqir edən ifadələrə görə “France Télévisions” rəhbərliyindən rəsmi üzr gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Point” nəşri məlumat yayıb.

“Yelisey sarayında kanalın xəbər xidmətinin fəaliyyətindən narazılıq getdikcə artır. Son iki hadisə Emmanuel Makronu qəzəbləndirib”, – deyə nəşrin məqaləsində bildirilir.

Oktyabrın 6-da “France 2” telekanalının efirində prezidentə qarşı təhqiramiz ifadə yazılmış plakat nümayiş etdirilib. Noyabrın 7-də isə “France Info” kanalının canlı yayımında səkkiz yaşlı uşaq Makronu bir neçə dəfə təhqir edib.

“France Info” rəhbərliyi səhvə yol verildiyini etiraf edib, “France Télévisions” şirkətinin rəhbər müavini isə prezidentin həyat yoldaşı Bricit Makrondan üzr istəyib. Lakin Yelisey sarayında bu reaksiyanı kifayət hesab etməyiblər. Hökumət nümayəndələrinin sözlərinə görə, telekanalın informasiya xidmətinin direktoru Filip Korbe hələ də rəsmi üzr istəməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: