surucu 44

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DYP İdarəsi məlumat yayıb.

İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan sürücü tibbi müayinədən keçirilib.

N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib.

Paylaş: