Ermənistan Prezidenti Vaaqn Xaçatryan noyabrın 10-da ölkəsi ilə ABŞ arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini təsdiqləyən qanunu imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamenti Ermənistan və ABŞ arasında imzalanmış TRIPP strateji infrastruktur və tranzit sazişinin ratifikasiyasını təsdiqləyib. Sənədin lehinə 63 deputat səs verib, 32 deputat isə əleyhinə çıxıb.