Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda polşalı Yakub Qlenski ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.