Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.
Azərbaycan Dövlət Kukla Teatrından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanıb. Bu gün səhər saatlarında vəfat edib.
Xatırladaq ki, Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Sənətə sevgisi hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşında kənd mədəniyyət evində səhnələşdirilən Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında “İnkir” obrazı ilə ilk dəfə səhnəyə çıxıb.
“Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Cin mikrorayonda” (kiçik cin), “Papaq”, “Oğlan və maral” kimi filmlərdəki rolları, eləcə də dublyaj fəaliyyəti onun çoxşaxəli yaradıcılığının mühüm səhifələrindəndir.
2008-ci ildən 31 oktyabr 2026-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.
