İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı vasitəsilə “qaçaqmal neftin” daşınmasının tamamilə dayandırıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, ötən gecə Hörmüz boğazının cənub hissəsindəki qayalıqlarda qarşı tərəfə məxsus naviqasiya sistemləri məhv edilib.
Bundan sonra heç bir qanunsuz marşrutdan istifadə edən gəmi həmin əraziyə daxil ola bilməyib.
SEPAH nümayəndəsi bildirib ki, nəticədə boğaz vasitəsilə qaçaqmal neftin daşınması tamamilə dayandırılıb.
Əliyar Xəlil