Sabirabad rayonunun Sarxanbəyli kəndində bir neçə yaşayış məntəqəsi arasında əlaqəni təmin edən körpünün uçmasından təxminən bir il keçib. Lakin körpünün yerində qalan dağıntılar hələ də sakinlərin hərəkətinə mane olur.

Globalinfo.az Xezerxeber.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən ilin sonunda körpü dağıldıqdan sonra ərazidə yenisinin inşa ediləcəyi və alternativ yol çəkiləcəyi vəd olunub. Ancaq indiyədək bu istiqamətdə hər hansı iş görülməyib.

Nəticədə sakinlər İkinci Küryanı kollektorunun digər sahilinə keçmək üçün kilometrlərlə əlavə yol qət etməli olurlar.

Körpünün olmaması kənd sakinlərinin yalnız gündəlik gediş-gəlişinə deyil, təsərrüfat fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, əkin sahələrinin böyük hissəsi kollektorun qarşı tərəfində yerləşir.

Sakinlər bildirirlər ki, alternativ yolun çəkilməməsi səbəbindən əkin-biçin işlərini də vaxtında həyata keçirə bilmirlər.

Ətraflı videoda:

 

Paylaş: