
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Özəl Qarabağ Zəfərinin altıncı ildönümünü qeyd edərək şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə isə minnətdarlığını bildirib.
“Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə can Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edir, əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi isə minnətdarlıqla yad edirəm”, – deyə o yazıb.
Safura Bənnayeva
Globalinfo.az