edam 1 900x600 2

İranda polis bölməsinə silahlı hücumda iştirak edən şəxs edam edilib.

Globalinfo.az xəbər verir ki, edam olunan şəxs Ceyş əl-Ədl qruplaşmasının üzvü olub.

O, Sistan və Bəlucistan əyalətinin Xəş şəhərində polis bölməsinə hücum etməkdə ittiham olunub.

Hücum zamanı bir neçə polis əməkdaşı ölüb və yaralanıb.

İran məhkəməsi həmin şəxsin ölüm hökmünü bu gün icra edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: