niyazi gencler

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin fəal gəncləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Kapital Bank” Gəncə filialının müdiri Vüqar Paşayev, “Bakı Abadlıq Xidməti”nin baş memarı Rüfət Quliyev, eləcə də şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbə gəncləri iştirak ediblər.

Əvvəlcə rəsmilər gənclərlə birgə Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Səmimi ünsiyyət şəraitində keçən görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, gənclərin hərtərəfli inkişafı, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, onların ictimai-siyasi həyatda fəallığının artırılması dövlət siyasətinin prioritetlərindəndir. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi layihə və təşəbbüslərin də əhəmiyyəti vurğulanıb.

Şəhər rəhbəri gənclərin ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edərək, onların təşəbbüslərinin dəstəklənməsinin və şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Görüşün interaktiv formatda davam etməsi gənclərə öz fikir, ideya və təkliflərini sərbəst şəkildə ifadə etmək imkanı yaradıb. Tələbələr rəsmilərlə fikir mübadiləsi apararaq onları maraqlandıran məsələləri müzakirə edib, gələcək təşəbbüs və layihələri ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

gence
2
3

6
7
8
9
10
11
12
13
14
15

Paylaş: