Simonyan

“Baş nazirimiz çox yaxşı bir nümunə gətirir. Deyir ki, Allah eləməsin, Ermənistan olmasa, ABŞ-da və ya Fransada hansısa mağazadan hansı məhsul yox olacaq? Fransız bunu necə hiss edəcək?”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “2026-cı il Ümumerməni Sammiti” çərçivəsində keçirilən “Sülh və təhlükəsizlik: regionda dəyişən reallıqlar” adlı müzakirə zamanı bildirib.

O, sözlərinə belə davam edib:

“Sizcə, bütün dünya oturub ermənilərin gözləri, ərikləri və dudukları haqqında düşünür? Biz indi Afrikada kimin kiminlə müharibə etdiyini bilirikmi? Bunu bilməyimiz vacibdirmi? Bəs niyə düşünürük ki, fransız və ya avstriyalı öz dərdini bir kənara qoyub ermənilər haqqında düşünür? Niyə özümüzü belə aldadırıq?”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: