Yəmənin husilər hərəkatı hərbi əməliyyatların dayandırılması şərti kimi Səudiyyə Ərəbistanından 51 milyard dollar təzminat tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Husilərin nümayəndələri bildiriblər ki, bu məbləğ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın uzun illər ərzində həyata keçirdiyi hava zərbələri və Yəmənin iqtisadi blokadası nəticəsində dəymiş zərəri kompensasiya etməlidir.
Bundan əlavə, husilər Ər-Riyaddan onları ölkənin qanuni hakimiyyəti kimi rəsmi şəkildə tanımasını tələb edirlər.
Nəşr qeyd edir ki, bu tələblər husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə qarşı bir sıra hücumlarından və strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazı ətrafındakı ərazilər üzərində nəzarəti ələ keçirməsindən sonra irəli sürülüb.
Əliyar Xəlil
Globalinfo.az