![]()
Erməni analitik Argişti Kiviryan Rusiya–Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərdə iştirak edən ermənilərin itkiləri ilə bağlı diqqətçəkən fikir səsləndirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
Bildirib ki, müharibə başa çatdıqdan sonra hər iki tərəfdə həlak olan ermənilərin ümumi sayının iki Qarabağ müharibəsində ölən ermənilərin sayını üstələdiyi məlum ola bilər.
Kiviryan bu vəziyyəti erməni xalqının dövlətçilik və vətən məsələlərinə münasibəti ilə əlaqələndirib.
“Son nəticədə məlum olacaq ki, Rusiya–Ukrayna müharibəsində hər iki tərəfdən həlak olan ermənilərin sayı iki Qarabağ müharibəsində ölənlərin sayından daha çoxdur. Öz dövlətlərini qurmaq istəməyən, eyni zamanda, vətənlərindən qaçan xalqların başına gələn də elə budur”, – analitik bildirib.
Tahir Turan
Globalinfo.az