
İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazında yerləşən Qeşm adası üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ Silahlı Qüvvələrinə məxsus kəşfiyyat və hücum təyinatlı PUA Qeşm adası üzərində SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək məhv edilib.
SEPAH-ın iddiasına görə, ABŞ son günlər İranın hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyənləşdirmək məqsədilə kəşfiyyat fəaliyyətini intensivləşdirib.
Korpus həmçinin Vaşinqtonun Hörmüz boğazındakı addımlarının qlobal neft qiymətlərini aşağı salmağa hesablandığını iddia edib.
Əliyar Xəlil,