sahil r

“ƏDV məsələsi bir qədər mürəkkəbdir. Əgər söhbət rüblük hesabatlılığa keçiddən gedirsə, bu, ölkədə bütün ƏDV hesabatlılığının da rüblük sistemə keçirilməsi deməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun riskləri də qiymətləndirilməlidir:

“Hansı sualların və risklərin meydana çıxacağını müəyyənləşdirməliyik. İdxal zamanı ƏDV ödənişinə möhlət verilməsi və bu verginin məhsulun realizasiyasından sonra ödənilməsi, ölkədə idxal üzrə ƏDV rejiminin tamamilə dəyişməsi deməkdir.

Bunun yarada biləcəyi maliyyə itkiləri, risklər və kölgə iqtisadiyyatına yönəlmə meyilləri qiymətləndirilməlidir. Eyni zamanda, bunun nəticəsində büdcəyə nə qədər zərər dəyə biləcəyi hesablanmalıdır.

İstənilən təklifi müzakirə etməyə və qiymətləndirməyə hazırıq. Amma elə etməliyik ki, eyni zamanda fiskal siyasətə, dövlət gəlirlərinə və şəffaflaşma proseslərinə ziyan vurulmasın.

Yəni yaxşıya doğru addım atmaq istəyərkən mənfi nəticələrə səbəb olacaq qərar verməyək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: