“Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edəndə onu tanıyan ilk dövlətlərdən biri İsrail oldu. Fələstin rəhbərliyi isə Ermənistanın yanında yer aldı. Azərbaycan bunu heç vaxt unutmur”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış yazıçı-jurnalist Yılmaz Özdil deyib.
“Biz isə fələstinlilərin bizi necə arxadan bıçaqladığını, PKK-nı öz düşərgələrində necə yetişdirdiyini, ASALA ilə necə əməkdaşlıq etdiyini çoxdan unutmuşuq. Hətta bu gün də Kiprin yunan tərəfinə necə dəstək verdiklərini də görmək istəmirik.
Amma Azərbaycan özünə qarşı edilənləri heç vaxt unutmur. Çünki Azərbaycan hadisələrə Bakı pəncərəsindən baxır.
Azərbaycanın Qarabağı işğaldan azad etməsində İsrail silahları əsas rol oynadı. Reallıq budur. Təbii ki, Türkiyənin də töhfəsi var. Lakin Ermənistan işğalına məhz İsrail silahlarının köməyi ilə son qoyuldu. Azərbaycan Qarabağı geri alarkən istifadə etdiyi silah və sursatın 70-80 faizini İsraildən almışdı.
Hətta İsrail müharibə zamanı rəsmi açıqlama verdi və bildirdi ki, nə baş verməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Azərbaycan 2012-ci ildən etibarən silah və sursat məsələsində İsraillə birbaşa əməkdaşlıq edir”, – Y.Özdil vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az