pasinyan yeni 11

“Əgər müsbət cavablar şəraitində yeni Konstitusiyanın qəbul edilməsi prosesinə başlasaq, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gələcək və referendum zamanı yeni Konstitusiyanın lehinə səs verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər məlum olsa ki, parlament müxalifəti öz mövqeyi ilə yeni Konstitusiyanın qəbul edilməsi prosesini dayandırır və ona qarşı çıxır, bu, o demək olacaq ki, onlar Azərbaycanla yekun və hərtərəfli sülhün əleyhinə çıxırlar”, – deyə o bildirib.

Paşinyan, həmçinin hakim çoxluğun necə hərəkət etməli olduğuna dair öz təsəvvürünü bölüşüb:

“Mənim təsəvvürüm belədir: bu halda müxalifətə qarşı ictimai təzyiq formalaşacaq”.

Qeyd edək ki, rəsmi Bakı Ermənistanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: