Qalstanyandan Bakıya müharibə mesajı?

“Biz sülh istəyirik, amma bu həm ruh, həm zehni iş, həm də fiziki əmək tələb edir”.

Globalinfo.az xəbər verir ki, bunu Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Ancaq sülhün son məqsədi qələbə olmalıdır. Təqdim olunan qələbə deyil, əsl qələbə, həqiqətin qələbəsi!”- o vurğulayıb.

B.Qalstanyan bu çıxışında “Azərbaycan” sözünü işlətməsə də, onun həm də Bakı ilə danışıqlar haqda mesaj verdiyi ehtimal edilir. Nəzərə alaq ki, Ermənistan müxalifəti hazırkı sülh danışıqlarının guya Ermənistanın maraqlarına uyğun olmadığını deyir və İrəvan hakimiyyətini sülh prosesini “yalançı qələbə” kimi qələmə verməkdə ittiham edir.

Keşiş Baqratın qələbə mesajı verməsi onun da revanş arzusunda olması kimi dəyərləndirilə bilər.

Safura Bənnayeva
Globalinfo.az