elsever ibadov

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin (MSTİM) Tədqiqat proqramları və insan kapitalının inkişafı ofisinə yeni direktor təyin olunub.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə dosent Elsevər İbadov təyinat alıb.

O, yeni təyinatından əvvəl 2024-cü ilin martından etibarən Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində maliyyə və mühasibat uçotu şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

E.İbadov 2022-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək Bakı Mühəndislik Universitetində dosent, 2019-cu ilin fevralından 2024-cü ilin fevralınadək həmin universitetdə dekan müavini, 2017-ci ilin fevralından 2022-ci ilin sentyabrınadək isə baş müəllim olub.

O, 2023-cü ilin yanvarından 2026-cı ilin yanvarınadək ADA Universitetində dəvətli müəllim, 2016-cı ilin sentyabrından 2023-cü ilin yanvarınadək Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin fevralınadək Xəzər Universitetində İqtisadiyyat və menecment kafedrasının müdiri olub.

Paylaş: