“ABŞ və İrandan gələn açıqlamalar iki ölkə arasında müharibənin yaxın günlərdə yenidən başlayacağı barədə xəbərdarlıq edir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Nairi Oxikyan deyib.
Onun sözlərinə görə, iranlı həmkarları ilə söhbətləri mümkün yeni münaqişənin daha şiddətli və dağıdıcı ola biləcəyini düşünməyə əsas verir:
“İranlı həmkarlarım və yaxın dostlarımla söhbətlərimdən başa düşürəm ki, bu dəfə münaqişə daha şiddətli, daha dağıdıcı nəticələrə səbəb ola bilər. Buna görə də Ermənistan silahlı qüvvələri, təhlükəsizlik və sərhəd xidmətləri mümkün fövqəladə hallara hazırlaşmalıdırlar.
Xüsusilə Mehri və Aqarakda (Əkərək – red.) İrandan mümkün qaçqın axınına hazırlıq görmək lazımdır”.
N.Oxikyan İrana sülh və güc, bu ölkədə yaşayan ermənilərə isə təhlükəsiz həyat arzulayıb.
Əliyar Xəlil
Globalinfo.az