“Rusiyada Prezident Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Sədri Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı istisna edilib”.
Globalinfo.az xəbər verir ki, bu fikri politoloq Georgi Bovt “Biznes FM” radiostansiyasının efirində səsləndirib.
Onun fikrincə, üç liderin iştirakı ilə görüş baş tutmayacaq.
Bununla belə, Trampın Putinlə, həmçinin Putinin Si Cinpinlə ikitərəfli görüşlər keçirməsi mümkündür.
Politoloq bildirib ki, əvvəllər üçtərəfli görüş formatı müzakirə olunsa da, hazırda bu məsələ ətrafında müzakirələr səngiyib.
“İkitərəfli görüşün keçirilməsi də vacibdir, lakin əsas məsələ orada nələrin müzakirə olunacağıdır. Görüş ABŞ-da keçiriləcək seçkilərdən sonra baş tutacaq. Respublikaçıların seçkiləri böyük ehtimalla uduzacağı gözlənilir və bu, Trampın davranışına təsir göstərəcək”, – deyə Bovt bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq apardığını bildirmişdi. Üçtərəfli dialoqun Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi ehtimalı müzakirə olunurdu.
Əliyar Xəlil
Globalinfo.az