Ehtiram Eliyev 1312

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətindəki son durum açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Yeni Klinika”dan bildirilib.

Qeyd olunub ki, oktyabrın 18-də saat 13:40-da “Yeni Klinika”nın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir:

“Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Paylaş: