İran Prezidenti Məsud Pezeşkian qaz ixrac edən ölkələrin sammitində iştirak etmək üçün oktyabrın 26-sı gecə saatlarında Rusiyaya yola düşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, sammit çərçivəsində görüş sabah səhər Moskvada keçiriləcək. İran prezidentinin də toplantıda çıxış edəcəyi gözlənilir.
Səfər proqramına sammitdə iştirak edən bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlərin keçirilməsi də daxil ola bilər.
Görüşlərin yekunları və mümkün razılaşmalar barədə əlavə məlumatın daha sonra açıqlanacaq.
Qeyd edək ki, yaxın günlərdə ABŞ və İsrailin İrana hücum edəcəyi gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az