Amerikalı jurnalist Taker Karlsonun keçmiş Suriya Prezidenti Bəşər Əsəddən müsahubə aldığı iddia olunur.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, müsahibə hazırda Əsəd ailəsinin yaşadığı Moskvada alınıb.
Taker Karlsonla söhbət Suriyada hakimiyyətin devrilməsi ilə eyni gündə – dekabrın 8-də yayımlanacaq.
Sosial mediada dövriyyəyə buraxılan bu xəbərin uydurma olduğu rəyi də mövcuddur. T.Karlsonun özü hələlik bu məsələyə münasibət bildirməyib.