Sumqayit 900x598 1

Azərbaycanda mövsümi qripə qarşı peyvəndləməyə başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri vaksinlərlə təmin olunub, regionlarda isə vaksinlərin çatdırılması davam edir.

Bu barədə “TƏBİB“dən Globalinfo.az-a məlumat verilib.

Bu il ölkəyə Niderland istehsalı olan “Influvac Tetra” adlı dördlü qrip vaksini gətirilib. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və xəstəxanaya yerləşdirilmə ehtimalını azaltmağa kömək edir.

Peyvəndlənmə xüsusilə risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir. Bunlara 6 aydan yuxarı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri və immun sistemi zəifliyi olanlar, hamilə qadınlar və tibb işçiləri daxildir.

Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Vaksinasiya ilə bağlı ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.

Regionlarda vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam etdirilir.

Paylaş: