“Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasına nail olmaq üçün ciddi hazırlıq görüb. Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı açıqlamaları onun Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı olduğunu göstərir.”
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev ARB 24 Televiziyasının efirində səsləndirib.
Deputat bildirib ki, Paşinyan Ermənistan cəmiyyətini sülh prosesinə tam hazırlayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri yeni konstitusiya məsələsində siyasi rəqiblərinə də mesaj verir.
“Paşinyan öz opponentlərinə xəbərdarlıq edir ki, bu qanun qəbul edilməsə, referendum keçirəcək. Bir sözlə, Paşinyan bu prosesə çox ciddi hazırlaşıb və o, istəyinə nail olacaq”, – deyə Cavanşir Feyziyev qeyd edib.
Deputatın qənaətinə görə, Paşinyanın son açıqlamaları Ermənistanın konstitusiya dəyişiklikləri və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində atacağı addımların bir-biri ilə əlaqəli olduğunu göstərir.
