WhatsApp Image 2026 01 08 at 15.16.11

Ermənistanın Baş naziri Nikol Paşinyan yolu azaraq ölkə ərazisinə keçən azərbaycanlı çoban barədə danışıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, sərhədi keçən şəxs aşkarlanıb və müvafiq quruma təhvil verilib.

“Adamın gəldiyini görəndə atəş açmalı, onu öldürməli idilər? Piyada gəldiyini görüblər, saxlayıb təhvil veriblər. Onu İrəvanda “Respublika” meydanından tutmayıblar. O sərhədi keçib və indi biz onu geri qaytarmalıyıq”, – deyə Paşinyan qeyd edib.

Baş nazir, həmçinin dünyada insanın keçə bilməyəcəyi mütləq sərhədin olmadığını iddia edib:

“Makedoniyalı İsgəndərin dövründən bu günədək belə bir sərhəd və ya təmas xətti mövcud olmayıb”.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti daha əvvəl Azərbaycan vətəndaşının ölkə ərazisində aşkarlanmasını təsdiqləyib.

Qurumun məlumatına görə, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov 19 oktyabr 2026-cı il tarixində saat 17:50 radələrində Tavuş vilayətində müəyyən edilib. Yoxlama zamanı onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: