Siyasi Liderl%C9%99r v%C9%99 H%C9%99rbi Guc Montaji

Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyadan döyüş təyyarələrinin alınması barədə məlumatı təsdiqləyib.

Papikyan L-39 “Skyfox” təyyarəsinin görüntüsünü, “Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq”, – sözləri ilə paylaşıb.

O, döyüş təyyarələrinin fonunda və onlarla tanış olarkən çəkilmiş fotolarını isə “Ermənistan Silahlı Qüvvələrinin aviasiya tarixində ən əlamətdar günlərdən birinin fotoseriyası” başlığı ilə yayımlayıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistan son zamanlar fəallaşaraq müxtəlif ölkələrdən silah alışını bərpa edib:

“Əvvəllər, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dövründə Rusiyadan silahlar alınırdı, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Hindistandan silah alınmasına başlanıldı. Son zamanlar isə Ermənistan Avropadan silah alır.

Hər bir ölkə kimi Ermənistan da silah ala bilər. Lakin bu silahlardan təxribat məqsədilə istifadə edilsə və ya onlar hücum silahları olarsa, regionda gərginlik yarana bilər. Azərbaycan Ordusu hər zaman döyüşə hazırdır. İrəvan revanşizmə başlayarsa, Bakı cavab verəcək.

Ermənistanın kütləvi şəkildə silahlanması maraq doğurur. Çünki regionda sabitlikdir. Buna görə də prosesi izləməli və vəziyyətə uyğun reaksiya verməliyik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: