Netanyahu Trump Iran Gaza meeting 768x432 1

ABŞ və İsrail noyabrın 3-də Konqresə aralıq seçkilərinin baş tutmasından sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanını nəzərdən keçirirlər.

“The New York Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton və Təl-Əviv qısamüddətli, lakin intensiv hərbi əməliyyat planı hazırlayıblar.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Vaşinqtonla Tehran arasında danışıqların davam etdiyi bildirilsə də, İsrailin İrana qarşı müharibəsi dolayısı ilə ABŞ-ın tələblərinə dəstək verməsi baxımından diqqət çəkir.

“İsraildə yaxın günlərdə seçkilər keçiriləcək. Baş nazir Benyamin Netanyahunun millətçilərin və sağ radikal millətçilərin səsinə ehtiyacı var. Faktiki olaraq, İsrail seçiciləri iki yerə bölünüb. Netanyahunun əleyhdarları və tərəfdarları mübarizə aparırlar. Onun dəstəkçiləri cüzi fərqlə öndədirlər.

Turab rzayev 2 e1755852093568 900x575 2
Turab Rzayev 

ABŞ özü də iqtisadi böhranla üzləşə bilər. Faktiki olaraq, ölkənin böyük maliyyə-iqtisadi potensialı müharibələrə sərf olunur. Tramp çalışır ki, bu proses uzanmasın. Bunun üçün ya İran məsələsi yekunlaşdırılmalı, ya da Ukrayna müharibəsi bitməlidir. Tramp yanvara qədər sülh əldə edilməli olduğunu deyib. O, bu mesajı verib və faktiki olaraq, ABŞ-da da aralıq seçkiləri başlayacaq. Donald Tramp bunu da nəzərə alır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: