954c2217 3684 4dfb 9b84 bcacd2eba219

Azərbaycanda əhalinin xərcləri artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 12 milyard 26 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 139,1 manat çoxdur.

Xərclər artdığı bir məqamda maaşlarla, pensiyalarla bağlı nə dəyişəcək? Bu cür statistik məlumatlar nəzərə alınırmı?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, xərclərin artmasını ümumi qiymət artımı kimi dəyərləndirə bilmərik:

“Xidmətlərdən istifadənin artması ümumi xərclərin artması ilə nəticələnə bilər. Digər tərəfdən, inflyasiyanın əhalinin büdcəsinə təsiri də var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, ödənişli xidmətlərin qiymətləri isə 5,5 faiz artıb. Eyni zamanda, orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-avqust aylarında 7,2 faiz yüksələrək 1173 manata çatıb. Bu göstəricilər nominal əməkhaqqının inflyasiyadan daha sürətli artdığını göstərsə də, hər bir vətəndaşın alıcılıq qabiliyyətinin eyni dərəcədə yüksəldiyini demək olmaz”.

İqtisadçı vurğulayıb ki, hər kəsin əməkhaqqısı, gəlirləri və xərcləri eyni deyil:

“Əsas xərclərə kirayə, kommunal xidmətlər, ərzaq və digər gündəlik tələbatlar daxildir. Əməkhaqqı artımı zamanı inflyasiya nəzərə alınsa da, digər amillər hər zaman eyni dərəcədə diqqətdə saxlanılmır. Əməkhaqqının artırılması ilə bağlı qərar verilərkən növbəti il üçün inflyasiya proqnozu, dövlət büdcəsinin gəlirləri, iqtisadi artım, əmək məhsuldarlığı və əmək bazarındakı sosial ehtiyaclar nəzərə alınır. Həm dövlət, həm də özəl sektorun imkanları qiymətləndirilir”.

gunay 900x600 1

Günay Hüseynova

G.Hüseynovanın sözlərinə görə, vətəndaşların əsas problemi nə əməkhaqqı artımı, nə də onun neçə manat artmasıdır:

“Çünki hələ ilk artımı almamış mal və xidmətlərin qiyməti yüksəlmiş olur. Xüsusilə ərzaq bazarında bu hal yaşanır. Məsələn, sahibkar deyir ki, gələn aydan həmin məhsulun alış qiyməti baha olacaq. Ona görə də bir ay əvvəldən qiymətləri yüksəldirəm ki, əlavə məbləğ cibimdən çıxmasın.

İkinci bir məsələ odur ki, artımdan daha çox süni artım var. Alış fakturası ilə satış arasındakı qiymət fərqinə baxılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: