
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yükləri Çornomorsk limanına daşıdığı iddia edilən quru yük gəmisini hədəfə alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın logistika mərkəzlərinə, liman infrastrukturuna və ölkəyə hərbi təchizat çatdırmaq üçün istifadə edilən dəniz gəmilərinə qarşı dron hücumlarını davam etdirib.
Məlumata görə, hücumlar nəticəsində Rovno şəhərində yerləşən “Episentr-K” logistika mərkəzi də zərər görüb.
Əliyar Xəlil,