WhatsApp Image 2025 12 22 at 13.30.39

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihəsini imzalayıb.

X X X

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

X X X

Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb.

Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiqlənib.

X X X

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Globalinfo.az xatırladır ki, Saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb.

Paylaş: