Ukrayna Prezidenti Volodimir Zelenski mövcud cəbhə xəttinin əsas götürülməsi ilə münaqişənin dayandırılmasını nəzərdə tutan sülh razılaşmasına müsbət yanaşdığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News”un jurnalisti ilə söhbəti zamanı danışıb.
Zelenskiyə Ukraynanın ən azı 75 faizinin Kiyevin nəzarətində qalması və hazırkı vəziyyətin razılaşma ilə rəsmiləşdirilməsini qəbul edib-etməyəcəyi sualı ünvanlanıb. Prezident bu suala müsbət cavab verib.
O həmçinin xaricdə yaşayan ukraynalıların ölkəyə qayıtmasının vacibliyini vurğulayıb:
“Bizə evlərini itirmiş və xaricdə yaşayan 9,5 milyon insanın qaytıması lazımdır. Onların Ukraynaya qayıtmalarını istəyirik. Sadəcə yaşasınlar və ölkələrini qursunlar”.
Qeyd edək ki, Zelenskinin açıqlaması Ukraynanın müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılması və mövcud hərbi vəziyyətin gələcək razılaşmada nəzərə alınması variantını müzakirə edə biləcəyinə işarə edir. Bu yanaşma ərazi məsələsinin dərhal və tam həllindən daha çox, döyüşlərin dayandırılması üçün mövcud reallıqların əsas götürülməsini nəzərdə tutur.
Əliyar Xəlil
Globalinfo.az