Azərbaycan əsilli reper Nəvai Bəkirovun (“Navai”) Qazaxıstana girişinə qadağa qoyulması barədə məlumatlar təkzib edilib.
Globalinfo.az xəbər verir ki, reperin vəkili Rena Kərimova onun konsertlərlə Qazaxıstana qayıdacağını bildirib.
“O geri qayıdacaq. Heç bir deportasiya yoxdur”, – R.Kərimova qeyd edib.
Xatırladaq ki, oktyabrın 14-də “Korday” sərhəd-keçid məntəqəsində reperin avtomobilində narkotik maddə aşkarlanıb. Qaçaqmalçılığa cəhd ittihamı ilə açılan cinayət işinə oktyabrın 20-də xitam verilib və “Navai” azadlığa buraxılıb.
Bundan sonra reperin Qazaxıstana girişinin 5 il müddətinə qadağan edildiyi barədə məlumatlar yayılıb.