Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Globalinfo.az xəbər verir ki, bu siyahıda xüsusilə aşağıdakı 5 tanınmışın adı diqqət çəkir
1.Fatih Ərbakan
Türkiyənin Yenidən Rifah Partiyasının sədri və millət vəkilidir. Siyasi fəaliyyəti və partiya rəhbərliyi ilə ölkə miqyasında tanınır.
2.Ahmet Çakar
Keçmiş deputat. O, Milliyyətçi Hərəkat Partiyasından (MHP) İstanbul millət vəkili seçilib və 21-ci çağırışda fəaliyyət göstərib; həmin dövr 2002-ci ildə başa çatıb.
3.Ömer Faruk Gergerlioğlu
Türkiyə Böyük Millət Məclisinin deputatıdır. Azərbaycana qarşı çıxışları ilə də tanınır.
4.Adem Özköse
Münaqişə bölgələrindən hazırladığı reportajlar, sənədli filmlər və kitabları ilə tanınan jurnalist və yazıçıdır.
5.Yusuf Kaplan
İslam düşüncəsi, mədəniyyət və siyasət mövzularında yazıları ilə tanınan jurnalist, müəllif və köşə yazarıdır.