misir

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Pərviz İbayev sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Misir Mərdanov xəbəri təsdiq edib:

“Bəli, Pərviz İbayev mənim kürəkənimdir. Yüksək vəzifəyə təyinat aldığı deyilir, o, onsuz da prokuror idi. Sadəcə, Nizami rayonundan Binəqədi rayonuna təyinat alıb”.

Qeyd edək ki, məlumatı ilk oxu24.com yayıb. Pərviz İbayev həmçinin uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: